×

"Sumqayıt" FK-nın qış hazırlıq planı məlum olub

19 Dekabr 2023

“Sumqayıt” Futbol Klubunun Azərbaycan Premyer Liqasının üçüncü dövrəsi üçün hazırlıq planları bəlli olub. Komanda dekabrın 23-də baş tutacaq “Səbail”lə oyundan sonra istirahətə buraxılacaq.

 

Yeni ilin yanvar ayının 3-də Sumqayıtda toplaşacaq futbolçular hazırlıqlara doğma şəhərdə start verəcəklər. Üç gün davam edəcək məşqlərin ardınca komandamız Türkiyənin Antalya şəhərinə yollanacaq.

 

Yanvarın 6-dan 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” otelində məskunlaşacaq “Sumqayıt” FK bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. 8, 12 və 16 yanvar tarixlərində keçiriləcək qarşılaşmalarda rəqiblərin kimliyi barədə klubumuzun rəsmi media hesablarında məlumat veriləcək.