×

"Sumqayıt" FK 2023-cü ili qələbə ilə başa vurub

23 Dekabr 2023

Misli Premyer Liqası, 18-ci tur

"Sumqayıt" - "Səbail" 1:0

23 dekabr 2023. Saat 18:30. “Kapital Bank Arena”, 1300 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Rauf Allahverdiyev
VAR: Elçin Məsiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Vüqar Mustafayev, 68 (qeyri-idman hərəkəti) // Yadin Luqasi, 63 (qeyri-idman hərəkəti); Rafael Məhərrəmli, 82 (qeyri-idman hərəkəti)
Qol: Adi Mehremiç, 70 (ö.q.)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 6 dəq.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (11. Kasimir Ninqa, 77) (58. Oktavio Manteka, 80), 12. Abu Dosso, 10. Kamran Aliev, 9. Erik Sorqa, 71. Masaki Murata (60. Tresor Mossi, 73).

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı.

Baş məşqçi: Samir Abasov

 

“Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli (9. Amil Yunanov, 84), 11. Rüfət Abdullazadə (19. Samir Abdullayev, 77), 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah, 44. Yadin Luqasi.

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 48. Ayaz Mikayılov.

Baş məşqçi: Şahin Diniyev

 

Misli Premyer Liqasında 18-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur doğma meydanda "Səbail"i qəbul edib. Samir Abasovun yetirmələri minimal hesablı qələbə qazanıb (1:0). Beləliklə, komandamız qış fasiləsinə 27 xalla 4-cü pillədə yollanıb.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bir müddət əvvəl qəzada xəsarət alan PFL rəsmilərinə Allahdan şəfa diləyirəm. Onlar haqda danışmaq imkanım olmamışdı. Həddindən artıq hörmət etdiyim insanlardır. Mütəmadi əlaqə saxlayırıq. Allah köməkləri olsun. Qayıdaq oyuna, ciddi mübarizə, sıx oyun getdi. Bu mövsümün demək olar, ən sıx mübarizəli oyunu oldu. Xoşdur ki, qələbə qazandıq və fasiləyə yaxşı əhvalda gedirik. Azarkeşlərə təşəkkür edirəm, bizi tək qoymadılar. Futbolçuları təbrik edirəm. Oyuna qələbə üçün çıxmışdıq. Bu halda edəcəyin bir səhv futbolçunu təsir altına sala bilərdi. Bunun öhdəsindən gəldilər".