×

"Sumqayıt" FK ilk yoxlama oyununda "Hermanştadt"la qarşılaşıb

12 Yanvar 2024

Premyer Liqanın 2-ci yarısı üçün hazırlıqlarını Antalyada davam etdirən "Sumqayıt" FK bu gün ilk yoxlama oyununu keçirib. Komandamız Rumıniya təmsilçisi "Hermanştadt"la qarşılaşıb. "Fanatic" İdman Kompleksinin meydançasında keçirilən matç rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Çox çətin oyun oldu. Əslində belə də gözləyirdik. Yanvarın 3-dən bəri fasiləsiz məşq edirik. Cədvəlimiz çox sıxdır. Uşaqlar mənim tapşırıqlarıma əsasən əllərindən gələni etməyə çalışdılar. Bu, mövsümün ikinci yarısına hazırlıqdır. Belə yükləmələrin fonunda bu oyun bizə lazım idi. Komandanı bu şəraitdə də görmək vacibdir. Nəticə məyusedici olsa da, yoldaşlıq oyunudur. Bu oyunu diqqətlə təhlil edəcəyik. Nəticə üzərində dayanmayacağıq, daha çox vacib matçlarda bugünkü səhvlərimizin qarşısını almaq üçün meydanda nə edə biləcəyimizi qeyd edəcəyik".

 

Yoxlama oyunu

"Sumqayıt" - "Hermanştadt" 0:3

 

"Sumqayıt" FK: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 8. Səbuhi Abdullazadə, 9. Erik Sorqa, 12. Abu Dosso, 14. Elvin Bədəlov (k), 17. Murad Xaçayev, 19. Roi Kehat, 58. Oktavio Manteka, 60. Tresor Mossi, 71. Masaki Murata.

Oyuna sonradan daxil olanlar: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 10. Kamran Əliyev, 11. Kasimir Ninqa, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 30. Kamran Quliyev.