×

"Sumqayıt" FK Antalya toplanışını qələbə ilə başa vurub

16 Yanvar 2024

Premyer Liqanın 2-ci yarısı üçün hazırlıqlarını Antalyada davam etdirən "Sumqayıt" FK bu gün qardaş ölkədə son yoxlama oyununu keçirib. Samir Abasovun yetirmələri Özbəkistan təmsilçisi "Soqdiana" ilə qarşılaşıb. "Topkapı" İdman Kompleksinin meydançasında keçirilən qarşılaşmada komandamız 3:1 hesablı qələbə qazanıb. "Sumqayıt" FK-nın qollarına İsa Suliman, Rövlan Muradov və Kamran Quliyev imza atıb. 

Bununla da "Sumqayıt" FK Antalya toplanışını başa vurub. Komandamız sabah səhər saatlarında Vətənə geri dönəcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Plana uyğun olaraq bu gün Antalyada son yoxlama oyunumuzu keçirdik. Hava şəraitinə görə oyunun təxirə salınacağından narahat idik, amma, şükürlər olsun ki, oyun baş tutdu və proqramımızdan kənara çıxmadıq. Bu gün bəzi oyunçuları onlara yad olan mövqelərdə yoxladıq. Bu da yoldaşlıq görüşlərinin özəlliklərindən biridir. Uşaqlar da oyuna tam köklənmişdilər. Düzdür, bir sıra səhvlərimiz də oldu. Lakin, toplanış boyu fiziki yüklənmələrin olduğunu, oyunun gedişatı zamanı verilən tapşırıqları nəzərə alsaq, hər şey normaldır.

Ümumi toplanış barədə onu deyə bilərəm ki, hər şey ürəyimizcə oldu. Komandamdan razı qaldım. Uşaqlar məşqlərdə əllərindən gələni, hətta daha da artığını etdilər. Artıq sabah Vətənə yola düşürük. Növbəti turda "Qəbələ" ilə qarşılaşacağıq ki, bu oyuna da hazırlaşmağa bir xeyli vaxtımız var".

 

Yoxlama oyunu

"Sumqayıt" - "Soqdiana" 3:1

Qollar: İsa Suliman, Rövlan Muradov, Kamran Quliyev.

 

"Sumqayıt" FK: 1. Mehdi Cənnətov, 4. İsa Suliman, 7. Rövlan Muradov, 8. Səbuhi Abdullazadə, 9. Erik Sorqa, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 14. Elvin Bədəlov (k), 19. Roi Kehat, 71. Masaki Murata.

 

Oyuna sonradan daxil olanlar: 2. Nemət Şıxəmirov, 10. Kamran Əliyev, 16. Tural Axverdiyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 30. Kamran Quliyev, 35. Sənan Muradlı, 41. Uğur Cahangirov, 60. Tresor Mossi, 87. Nadir Orucov.