×

"Sumqayıt" FK 2024-cü ilə qələbə ilə başladı

23 Yanvar 2024

Misli Premyer Liqası, 19-cu tur

"Qəbələ" - "Sumqayıt" 0:1

23 yanvar 2024. Saat 16:30. Qəbələ şəhər stadionu, 150 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Zöhrab Abbasov
Dördüncü hakim: İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Murad Musayev, 20 (qeyri-idman hərəkəti); Bilel Auaşeriya, 55 (qeyri-idman hərəkəti); Lukas Afriko, 72 (qeyri-idman hərəkəti) // Abu Dosso, 13 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, 60 (qeyri-idman hərəkəti); Elvin Bədəlov, 80 (qeyri-idman hərəkəti); Mehdi Cənnətov, 90+7 (oyunun bərpasının ləngidilməsi)
Qol: Kasimir Ninqa, 74 (p.)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.

 

“Qəbələ”: 13. Kristof Atanqana, 34. Urfan Abbasov (k) (3. Zurab Oçiqava, 86), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov (18. Mehrac Baxşalı, 75), 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov (11. Asif Məmmədov, 85).

 

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 2. İlkin Qırtımov, 33. Hüseyn Mürsəlov, 71. Sənan Ağalarov, 27. Eşqin Əhmədov, 17. Yaovi Akakpo.

 

Baş məşqçi: Elmar Baxşıyev.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov (21. Nihad Əhmədzadə, 90+2), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa (30. Kamran Quliyev, 86), 12. Abu Dosso (20. Ayxan Süleymanlı, 46), 4. İsa Suliman, 10. Kamran Aliev (60. Tresor Mossi, 72), 71. Masaki Murata.

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 9. Erik Sorqa.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 19-cu turun oyunları keçirilib. "Sumqayıt" FK 2024-cü ilin ilk qarşılaşmasında səfərdə "Qəbələ" ilə üz-üzə gəlib. Samir Abasovun yetirmələri rəqibi üzərində 1:0 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda səfərdə "Araz Naxçıvan"la qarşılaşacaq. Yanvarın 28-də "Dalğa Arena"da keçiriləcək qarşılaşmaya saat 15:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Gərgin və çətin oyun idi. Fasilədən sonra ilk matç, Qəbələ səfəri... Bura tez adaptasiya olmaq olmur. Əsas odur ki, yaxşı nəticə ilə qayıdırıq. Bu qələbə qarşıdakı matçlarımıza da təsir edəcək. Motivasiyanın yaxşı olması vacibdir. Qalibiyyət bizə stimul verir. Sağolsun azarkeşlərimiz, bu havada uzun yol gələrək bizi dəstəksiz qoymadılar. Yeni stadionumuzda azarkeşlərimizin daha çox olacağına inanıram. Futbolçularıma təşəkkür edirəm".