×

"Sumqayıt" Futbol Akademiyasının üzvləri üçün antidopinq təlimi keçirilib

12 Fevral 2024

“Sumqayıt” FK Akademiyasının U-15, U-16 U-17 və U-19 komandaları üçün Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşları tərəfindən antidopinq maarifləndirmə seminarı təşkil edilib. Tədbirdə AMADA nın əməkdaşı Qüdrət Səfərov, Akademiyanın müvafiq yaş qrupları üzrə məşqçiləri və klub rəsmiləri iştirak ediblər. Seminarda dopinq nəzarəti ilə bağlı əsas mövzular əhatə olunub. Nümunələrin toplanmasından laboratoriya təhlilinədək dopinq nəzarəti prosesinin bütün aspektləri idmançıların diqqətinə çatdırılıb. Həmçinin idmançılara 11 antidopinq qayda pozuntusu haqqında da ətraflı məlumat verilib. Bundan əlavə, idmançıların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatlar paylaşılıb, dürüst idman mühitini qorumaq üçün məsuliyyət və öhdəlikləri vurğulanıb.