×

AFFA-nın hakimlər komitəsi tərəfindən “Kapital Bank Arena”da seminar keçirib

16 Fevral 2024

Bu gün AFFA-nın Hakimlər Komitəsinin üzvü, sabiq FIFA referisi Ömər Paşayevin iştirakı ilə “Sumqayıt” FK-nın əsas və qızlardan ibarət komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib. “Kapital Bank Arena”nın konfrans zalında baş tutan tədbirdə komandamızın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.