×

"Sumqayıt" FK "Turan Tovuz"la heç-heçə edib

18 Fevral 2024

Misli Premyer Liqası, 23-cü tur

"Sumqayıt" - "Turan Tovuz" 0:0

18 fevral 2024. Saat 15:30. M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1480 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Müslüm Əliyev
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Tresor Mossi, 12 (qeyri-idman hərəkəti); Masaki Murata, 73 (qeyri-idman hərəkəti) // Veysəl Rzayev, 60 (qeyri-idman hərəkəti)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa (9. Erik Sorqa, 71), 12. Abu Dosso (20. Ayxan Süleymanlı, 76), 4. İsa Suliman, 71. Masaki Murata, 60. Tresor Mossi (10. Kamran Aliev, 71).

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı.

Baş məşqçi: Samir Abasov

 

“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. İsmayıl Zülfüqarlı (88. Faiq Hacıyev, 63), 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu (77. Fərid Nəbiyev, 83), 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 11. Ayxan Quseynov (10. Xəyal Nəcəfov, 68), 21. Aleks Souza (80. Otto Con, 68).

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 8. Fərid Yusifli, 33. Eltun Turabov, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi.

Baş məşqçi: Ayxan Abbasov

 

Misli Premyer Liqasında 23-cü turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Turan Tovuz"la qarşılaşıb. 90 dəqiqənin tamamında qapılara top vurulmayıb (0:0). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Qarabağ"ın qonağı olacaq. Fevralın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək. 

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "“Zirə” ilə oyundan sonra çox narahatçılıq var idi. Bərpa ola bilmədik. Buna səbəb də, futbolçuların sıx qrafikdə yorğun olmaqları idi. Söhbət fiziki bərpadan getmir, dincəlməyə vaxtımız oldu. Futbolçular psixoloji və mental olaraq yükləniblər. Onlara təşəkkür edirəm. Bir xalın səbəbi də intizamlı oynamaqları idi. Rəqibə çox şans vermədik. Bundan sonrakı oyunlara köklənməliyik. Ən azından yerimizi qoruyub-saxlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq”.