×

“Sumqayıt” Futbol Klubu Cordan Rezabala ilə müqavilə imzalayıb

22 Fevral 2024

2023/24 mövsümünün geridə qalan hissəsi üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu 23 yaşlı hücumameyilli yarımmüdafiəçi Cordan Rezabala ilə müqavilə imzalayıb. Ekvadorlu futbolçu ilə 2024-cü ilin sonunadək müqavilə imzalanıb.

 

Qeyd edək ki, Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.