×

"Sumqayıt" FK "Qarabağ"la qarşılaşıb

25 Fevral 2024

Misli Premyer Liqası, 24-cü tur

"Qarabağ" - "Sumqayıt" 2:0

25 fevral 2024. Saat 19:00. T. Bəhramov adına Respublika Stadionu, 560 tamaşaçı
Baş hakim:
 Nicat İsmayıllı
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Asiman Əzizli
Dördüncü hakim: Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Elvin Bədəlov, 77 (qeyri-idman hərəkəti); Abu Dosso, 90+3 (qeyri-idman hərəkəti)
Qollar: Adama Diakabi, 52; Yassin Benzia, 83
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.

 

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda (7. Yassin Benzia, 58), 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə (27. Toral Bayramov, 69), 66. Patrik Andrade, 11. Adama Diakabi (15. Leandro Andrade, 69), 2. Mateus Silva, 19. Redon Cica (18. Olavio Juninyo, 69).

Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 6. Julio Romao.

Baş məşqçi: Qurban Qurbanov

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov (58. Oktavio Manteka, 70), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa (9. Erik Sorqa, 60), 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata.

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 24-cü turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Qarabağ"la qarşılaşıb. Komandamız 0:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Kəpəz"i qəbul edəcək. 1 mart tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): ""Qarabağ"ı həm bu, həm də bundan qabaqkı avrokuboklardakı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Danışılası bir şey yoxdur, uduzduq. Uduzduğumuz komandanın gücü bəllidir. Udmaq üçün nəsə etməyə çalışdıq. "Qarabağ"a uduzanda belə, futbolçuların üstünə çox getmək olmur. Növbəti matçlara hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik”.