×

"Sumqayıt" FK "Kəpəz"lə qarşılaşıb

1 Mart 2024

Misli Premyer Liqası, 25-ci tur

"Sumqayıt" - "Kəpəz" 1:3

1 mart 2024. Saat 19:00. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 800 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Tural Qurbanov
VAR: İnqilab Məmmədov
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: İsa Suliman, 71 (qeyri-idman hərəkəti); Oktavio Manteka, 89 (qeyri-idman hərəkəti) // Mate Kvirkviya, 43 (qeyri-idman hərəkəti); Camal Cəfərov, 90+3 (qeyri-idman hərəkəti)
Qollar: İsa Suliman, 80 // Vüsal Məsimov, 20; Mate Kvirkviya, 63; Rüfət Əhmədov, 90+5
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 5 dəq.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov (23. Cordan Rezabala, 56), 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 4. İsa Suliman, 10. Kamran Aliev (58. Oktavio Manteka, 73), 9. Erik Sorqa (11. Kasimir Ninqa, 56), 71. Masaki Murata, 60. Tresor Mossi.

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 21. Nihad Əhmədzadə.

Baş məşqçi: Samir Abasov

 

“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov (99. Əli Səmədov, 73), 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili (33. Camal Cəfərov, 80), 9. Mate Kvirkviya (10. Tural Rzayev, 80), 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior (22. Rüfət Əhmədov, 89).

 

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 91. Latir Fal.

 

Baş məşqçi: Adil Şükürov

 

Misli Premyer Liqasında 25-ci tura start verilib. "Sumqayıt" FK bu tur Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda "Kəpəz"i qəbul edib. Komandamız 1:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Səbail"in qonağı olacaq. Martın 8-də "ASCO Arena"da keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Oyunumuzda nələrin alınıb-alınmadığını indi deyə bilmirəm. Futbolçuların üzərinə getmək doğru olmaz. Çox üzgündürlər. Qələbə qazanmaq istəyirdilər. Planlaşdırmadığımız bir məğlubiyyətlə üzləşdik. Növbəti oyunlarda bunun əvəzini çıxmağa çalışacağıq”.