×

"Sumqayıt" FK səfərdə "Səbail" üzərində qələbə qazanıb

8 Mart 2024

Misli Premyer Liqası, 26-cı tur

"Səbail" - "Sumqayıt" 0:1

8 mart 2024. Saat 19:00. “ASCO Arena”, 450 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Zöhrab Abbasov
Dördüncü hakim: Fərid Hacıyev
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Rafael Məhərrəmli, 54 (qeyri-idman hərəkəti) // Elvin Bədəlov, 35 (qeyri-idman hərəkəti); Oktavio Manteka, 86 (qeyri-idman hərəkəti); İsa Suliman, 86 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Seymur Rəhimov (“Sumqayıt”), 69 (texniki zona qaydalarını pozduğu üçün)
Qol: Kasimir Ninqa, 10
Qolla nəticələnməyən penalti: Pedro Nuno, 67
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.

 

“Səbail”: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə (44. Yadin Luqasi, 76), 88. Valdemar Almeyda (7. Madi Queta, 66), 4. Adi Mehremiç, 77. Ayub Masika (14. Suleyman Alluş, 66), 9. Aleksandr Ramalinqom (19. Samir Abdullayev, 66), 27. Pedro Nuno (5. Adil Nağıyev, 90+1), 55. Nir Bardea, 21. Anas Najah.

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov.

Baş məşqçi: Şahin Diniyev

 

“Sumqayıt”:1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat (23. Cordan Rezabala, 78), 11. Kasimir Ninqa, 4. İsa Suliman, 71. Masaki Murata, (58. Oktavio Manteka, 73), 60. Tresor Mossi.

 

Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 21. Nihad Əhmədzadə, 12. Abu Dosso, 10. Kamran Aliev, 9. Erik Sorqa.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 26-cı tura start verilib. "Sumqayıt" FK bu tur səfərdə "Səbail"lə üz-üzə gəlib. Samir Abasovun yetirmələri rəqibi üzərində 1:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, komandamız növbəti turda "Sabah"ı qəbul edəcək. 17 mart tarixində Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Komandamı təbrik edirəm, əzmkar qələbə idi. Bilmirəm bu qələbəni bəxtə bağlamaq olar, ya yox. Oyun başlayanda epziodlarımız var idi. İkinci yarıda rəqibin təzyiqini gözləyirdik. Futbolçularıma, azarkeşlərimizə təşəkkür edirəm".