×

"Sumqayıt" FK "Zirə" ilə heç-heçə edib

12 Aprel 2024

Misli Premyer Liqası, 30-cu tur

"Sumqayıt" - "Zirə" 0:0

12 aprel 2024. Saat 19:00. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 4500 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami
Dördüncü hakim: Kamal Umudlu
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqələr: Kasimir Ninqa, 42 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, 64 (hakimin qərarına etiraz) // Rafael Utziq, 69 (oyunun bərpasının ləngidilməsi); Araz Abdullayev, 81 (qeyri-idman hərəkəti); Pyer Zebli, 89 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 75 (hakimin qərarına etiraz)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 23. Cordan Rezabala (58. Oktavio Manteka, 73)

 

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi.

Baş məşqçi: Samir Abasov

 

“Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov (17. Araz Abdullayev, 75), 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 6. Eldar Quliyev (29. Ceyhun Nuriyev, 60), 19. Salifu Suma (9. Vladislav Kulaç, 75).

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Aka, 24. Sezar Meza Kolli, 28. Abbas İbrahim.

Baş məşqçi: Rəşad Sadıqov

 

Misli Premyer Liqasında 30-cu tura start verilib. "Sumqayıt" FK bu tur doğma meydanda "Zirə" ilə qarşılaşıb. 90 dəqiqənin tamamında qapılara top vurulmayıb (0:0). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Turan Tovuz"un qonağı olacaq. Aprelin 19-da Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 16:30-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "İlk 10-12 dəqiqədə komandamda çaşqınlıq baş vermişdi. Oyuna nəzarəti ələ keçirəndən sonra bir az rahatlaşdıq. Nəzarət bizdə olsa da, təhlükəli nəsə edə bilmirdik. Amma ikinci hissədə daha ürəkli olduq, başqa futbol oynadıq. Komanda pis oyun sərgiləmədi, turnir cədvəlindəki yeri pis deyil. Bu gün düşünmürəm ki, azarkeşlərimizi üzəcək bir şey etdik. Onlar pis günümüzdə də, yaxşı günümüzdə də yanımızda olmalıdır".