×

"Sumqayıt" FK səfərdə "Turan Tovuz" üzərində qələbə qazanıb

19 Aprel 2024

Misli Premyer Liqası, 31-ci tur

"Turan Tovuz" - "Sumqayıt" 1:4

19 aprel 2024. Saat 16:30. Tovuz şəhər stadionu, 4000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Rauf Allahverdiyev
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Sarı vərəqələr: Alexandro Serrano, 8 (qeyri-idman hərəkəti); Otto Con, 67 (qeyri-idman hərəkəti); Denis Marandiçi, 85 (qeyri-idman hərəkəti); Ayxan Quseynov, 90 (qeyri-idman hərəkəti) // Erik Sorqa, 43 (qeyri-idman hərəkəti); Cordan Rezabala, 86 (oyunun bərpasının ləngidilməsi); İsa Suliman, 87 (qeyri-idman hərəkəti); Mehdi Cənnətov, 90+4 (oyunun bərpasının ləngidilməsi)
Qollar: Otto Con, 51 (p.) // Şəhriyar Əliyev, 16 (ö.q.); Erik Sorqa, 24; Səbuhi Abdullazadə, 88; Cordan Rezabala, 90+5
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 7 dəq.

 

“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k) (97. Sadiq Şəfiyev, 77), 14. Slavik Alxasov (77. Fərid Nəbiyev, 26), 88. Faiq Hacıyev (2. İsmayıl Zülfüqarlı, 46), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu (11. Ayxan Quseynov, 26), 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 21. Aleks Souza (9. Belajdi Pusi, 46).

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 70. Məzahir Məmmədzadə.

Baş məşqçi: Ayxan Abbasov

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k) (23. Cordan Rezabala, 57), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (60. Tresor Mossi, 90+6), 12. Abu Dosso (20. Ayxan Süleymanlı, 90+6), 4. İsa Suliman, 9. Erik Sorqa (21. Nihad Əhmədzadə, 90+6), 71. Masaki Murata.

 

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 58. Oktavio Manteka, 10. Kamran Aliev.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 31-ci tura start verilib. "Sumqayıt" FK bu tur səfərdə "Turan Tovuz"un qonağı olub. Samir Abasovun yetirmələri rəqibi üzərində 4:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Qarabağ"ı qəbul edəcək. Aprelin 28-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Azarkeşlərimizi təbrik edirəm. Bu qələbədə onların da payı var. Futbolçularımı da təbrik etmək istəyirəm. Matçdan öncə ajiotaj o yerə çatmışdı ki, bu, bizi öz oyunumuzdan çıxara bilərdi. Futbolçular sağ olsunlar. Söz-sözbətlərə adekvat cavab verdik və öz oyunumuzdan dönmədik. Rəqibin oyununu pozmağı və özümüz oynamağa çalışdıq. Bu qalibiyyəti sürücümüz Yavər bəyə həsr edirəm. Ağır əməliyyat keçirib. Bu da onun üçün sevinc payı olsun".