×

"Sumqayıt" FK doğma meydanda "Qarabağ" üzərində qələbə qazanıb

28 Aprel 2024

Misli Premyer Liqası, 32-ci tur

"Sumqayıt" - "Qarabağ" 1:0

28 aprel 2024. Saat 20:00. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 9300 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Zöhrab Abbasov
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Elvin Bədəlov, 89 (qeyri-idman hərəkəti); İsa Suliman, 90 (qeyri-idman hərəkəti) // Kevin Medina, 39 (qeyri-idman hərəkəti); Aleksey İsayev, 80 (qeyri-idman hərəkəti); Yassin Benzia, 90+5 (hakimin qərarına etiraz)
Qol: Roi Kehat, 70
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

 

“Sumqayıt”: 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (23. Cordan Rezabala, 83), 12. Abu Dosso, 4. İsa Suliman, 9. Erik Sorqa (11. Kasimir Ninqa, 65), 71. Masaki Murata.

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 60. Tresor Mossi.

Məşqçi: Mübariz Orucov

 

 

“Qarabağ”: 99. Andrey Lunyov, 24. Aleksey İsayev (8. Marko Yankoviç, 83), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov (2. Mateus Silva, 83), 10. Abdullah Zubir (k), 81. Kevin Medina (55. Bədavi Hüseynov, 83). 7. Yassin Benzia, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade (90. Nəriman Axundzadə, 83).

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov

 

Misli Premyer Liqasında 32-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur doğma meydanda "Qarabağ"la üz-üzə gəlib. Komandamız Roi Kehatın yeganə qolu ilə rəqibi üzərində 1:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Kəpəz"in qonağı olacaq. Mayın 4-də Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 16:30-da start veriləcək.

 

Mübariz Orucov ("Sumqayıt" FK-nın məşqçisi): "Matç, atmosfer, azarkeşlər möhtəşəm idi. Fanatlara təşəkkür edirəm. Çağırış edirəm ki, bütün oyunlarda belə atmosfer yaratsınlar. Futbolçular da bu gün möhtəşəm oynadı. "Qarabağ"la matçda bu dönəmdə 3 xal qazanmaq vacib idi. "Qarabağ"a avrokuboklarda uğurlar arzulayıram. Həmişə Azərbaycanı layiqincə təmsil ediblər. Bundan sonra da belə olacağına inanıram".