×

"Sumqayıt" FK səfərdə "Kəpəz"lə heç-heçə edib

2 May 2024

Misli Premyer Liqası, 33-cü tur

"Kəpəz" - "Sumqayıt" 1:1

4 may 2024. Saat 16:30. Tovuz şəhər stadionu, 700 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Teymur Teymurov
Dördüncü hakim: Nicat İsmayıllı
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: İqor Rodriqes, 24 (oyunun bərpasının ləngidilməsi); Rüfət Əhmədov, 71 (qeyri-idman hərəkəti); Elmir Tağıyev, 87 (qeyri-idman hərəkəti); Martins Junior, 90+2 (hakimin qərarına etiraz), 90+6 (qeyri-idman hərəkəti); Olavale Onanuqa, 90+2 (hakimin qərarına etiraz) // Vüqar Mustafayev, 24, 90+6 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 24 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Olavale Onanuqa, 90+2 (hakimi təhqir etdiyinə görə); Martins Junior, 90+6 // Vüqar Mustafayev, 90+6
Qollar: Elçin Əlicanov, 90+5 // Cordan Rezabala, 80
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.

 

 

“Kəpəz”: 96. İqor Rodriqes, 10. Tural Rzayev (88. Şakir Seyidov, 46), 7. Ehtiram Şahverdiyev (22. Rüfət Əhmədov, 58), 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 33. Camal Cəfərov, 26. Adama Niane (15. Cavad Kərimov, 83), 91. Latir Fal (99. Əli Səmədov, 83), 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.

 

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 13. Fərid Kələntərov.

 

Baş məşqçi: Adil Şükürov

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k) (23. Cordan Rezabala, 46), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (58. Oktavio Manteka, 78), 12. Abu Dosso, 4. İsa Suliman, 9. Erik Sorqa (11. Kasimir Ninqa, 68), 71. Masaki Murata (10. Kamran Aliev, 68).

 

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 60. Tresor Mossi.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 33-cü tura start verilib. Turun açılış oyununda "Sumqayıt" FK səfərdə "Kəpəz"lə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Səbail"i qəbul edəcək. Mayın 12-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək. 

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Azarkeşlərimizə təşəkkür edirəm. Tovuz səfəri hər zaman çətin olur. Futbolçularım ağır görünürdü. Oyunun əvvəlində 1-2 epizod yaratdıq. Təəssüf ki, ağır hərəkət etməyimiz, gec qərarlar verməyimiz istədiyimiz kimi oynamağa imkan vermədi. Amma səfərdə 1 xal qazana bildik. Digər oyunlara yaxşı hazırlaşacağıq. Bu gün bir çox şeylər məni razı salmadı. Bunlar "Qarabağ"la matçdakı yorğunluqdan irəli gələ bilər".