×

"Sumqayıt" FK səfərdə "Sabah"la qarşılaşıb

18 May 2024

Misli Premyer Liqası, 35-ci tur

"Sabah" - "Sumqayıt" 2:0

18 may 2024. Saat 17:00. “Bank Respublika Arena”, 2300 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Fərid Hacıyev
VAR: Natan Verbumen
AVAR: Əliyar Ağayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Maruan Hadudi, 90+1 (oyunun bərpasının ləngidilməsi) // Erik Sorqa, 58 (qeyri-idman hərəkəti); Elvin Bədəlov, 74 (hakimin qərarına etiraz)
Rəsmi şəxslərə göstərilən sarı vərəqə: Krunoslav Renduliç, 90+1 (qeyri-idman hərəkəti) // Samir Abasov, 13 (hakimin qərarına etiraz)
Qollar: Murad Xaçayev, 35 (ö.q.); Anatoli Nuriyev, 90+1
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 9 dəq.

 

“Sabah”: 1. Yusif İmanov, 10. Namik Ələskərov (9. Anatoli Nuriyev, 66), 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov (88. Xəyal Əliyev, 66), 8. Ayaz Quliyev (5. Rəhman Daşdəmirov, 89), 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 70. Cesse Sekidika (15. Kristian da Silva, 79), 19. Emmanuel Apeh (90. Oluvaseun Timilehin, 89), 3. Con İrasabal.

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 53. Fəxri Məmmədli.

Baş məşqçi: Krunoslav Renduliç

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov (60. Tresor Mossi, 14), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa (9. Erik Sorqa, 55), 58. Oktavio Manteka (10. Kamran Əliyev, 55), 12. Abu Dosso (20. Ayxan Süleymanlı, 78), 4. İsa Suliman, 71. Masaki Murata.

 

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 21. Nihad Əhmədzadə.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 35-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Sabah"la qarşılaşıb. Komandamız 0:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK mövsümün son matçında "Qəbələ"ni qəbul edəcək. Mayın 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu matçı unudub, "Qəbələ" ilə oyuna hazırlaşacağıq. Şanslarımız davam edir. Çalışacağıq ki, qalib gələk və şəhərimizi Avrokuboklarda təmsil edək. Əgər qalib gələ bilməsək belə, bu, bizim üçün faciə olmayacaq. Əsas hədəf yaxşı komanda qurmaqdır ki, bu istiqamətdə inkişafa nail olduğumuzu düşünürəm. Xaçayevə gəlincə, düşünürəm ki, onun "Sabah"la iki oyunda da avtoqola imza atması təsadüfdür. Canı sağ olsun".