×

"Sumqayıt" FK-nın yay hazırlıq planı məlum olub

25 İyun 2024

“Sumqayıt” FK-nın yay hazırlıq planı məlum olub. Samir Abasovun yetirmələri iyulun 3-dən 17-dək Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirəcək. “Çam Otel”də məskunlaşacaq komandamız bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır. Belə ki, "Sumqayıt" FK iyulun 7-də Rusiya Premyer Liqası təmsilçisi "Orenburq", 12-də isə Türkiyə 1-ci Liqası təmsilçisi "Gənclərbirliyi" ilə qarşılaşacaq. Sonuncu rəqibin kimliyi haqqında klubumuzun rəsmi media hesablarında məlumat veriləcək