×

"Sumqayıt" FK "Orenburq"la yoxlama oyunu keçirib

7 İyul 2024

Yeni mövsüm üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən "Sumqayıt" FK bu gün ilk yoxlama oyununu keçirib. Komandamız Rusiya Premyer Liqası təmsilçisi "Orenburq"la üz-üzə gəlib. Qızılcahamam stadionunda keçirilən qarşılaşmada rəqib komandanın 2:1 hesablı qələbəsi qeydə alınıb. "Sumqayıt" FK-nın qoluna ilk hissədə Nihad Əhmədzadə imza atıb.