×

“Sumqayıt” FK Slavişa Radoviç ilə müqavilə imzalayıb

11 İyul 2024

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu keçidini rəsmiləşdirib. Komandamız son mövsümü Bosniya və Herseqovinanın “Sarayevo” klubunda keçirmiş Slavişa Radoviç ilə müqavilə imzalayıb. Bu gün Ankarada tibbi baxışdan keçən 30 yaşlı müdafiəçi ilə 1+1 illik anlaşma əldə olunub. Radoviç komandamızda 3 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, “Sumqayıt” FK buna qədər Rəhim Sadıxov və Fernando Medeirosun keçidini rəsmiləşdirib.