×

“Sumqayıt” FK Nikola Vuynoviç ilə müqavilə imzalayıb

13 İyul 2024

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib. Komandamız son olaraq Xorvatiyanın “Qoritsa” klubunda çıxış etmiş Nikola Vuynoviç ilə 1+2 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu komandamızda 9 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, “Sumqayıt” FK bu günə qədər Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdirib.