×

"Sumqayıt" FK son yoxlama oyununda "Adana Demirspor"la heç-heçə edib

16 İyul 2024

2024/25 mövsümü üçün hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" FK bu gün qardaş ölkədə son yoxlama oyununu keçirib. Samir Abasovun yetirmələri Türkiyə Super Liqası təmsilçisi "Adana Demirspor" ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. Komandamızın heyətində yeni transferlər - Nikola Vuynoviç və Rəhim Sadıxov fərqləniblər.