"Sumqayıt" FK "Turan Tovuz" üzərində qələbə qazanıb
Misli Premyer Liqası, 20-ci tur
"Sumqayıt" - "Turan Tovuz" 2:1
30 yanvar 2023. Saat 18:00. “Kapital Bank Arena”, 1300 tamaşaçı
Baş hakim: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Kamal Umudlu
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Masaki Murata, 40 (hakimin qərarına etiraz); Karim Abubakar, 51 (qeyri-idman hərəkəti) // Natan Oduva, 33 (qeyri-idman hərəkəti); Runi Eva, 84 (qeyri-idman hərəkəti); Ayxan Quseynov, 86 (qeyri-idman hərəkəti); Okebuqvu Henri, 90+3 (qeyri-idman hərəkəti)
Qollar: Todor Todoroski, 28; Karim Abubakar, 48 // Runi Eva, 40
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 7 dəq.
“Sumqayıt”: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli (21. Nihad Əhmədzadə, 90+3), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 9. Karim Abubakar, 22. Dieqo Karioka (18. Süleyman Əhmədov, 73), 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata (24. Elşən Abdullayev, 90+3).
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı
Baş məşqçi: Samir Abasov
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev (23. Okebuqvu Henri, 89), 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev (8. Şakir Seyidov, 67), 33. Eltun Turabov (11. Ayxan Quseynov, 67), 10. Xəyal Nəcəfov (99. Veysəl Rzayev, 84) 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze (9. Belajdi Pusi, 84), 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 6. Turan Vəlizadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov.
Baş məşqçi: Ayxan Abbasov
Misli Premyer Liqasında 20-ci tura start verilib. "Sumqayıt" FK bu turda "Kapital Bank Arena"da "Turan Tovuz"u qəbul edib. Samir Abasovun yetirmələri 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Sumqayıt" FK 21-ci turda "Neftçi"nin qonağı olacaq. Fevralın 5-də "Bakcell Arena"da keçiriləcək qarşılaşmaya saat 18:30-da start veriləcək.
Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "İlk öncə bütün azarkeşlərimizi qələbə münasibəti ilə təbrik edirəm. Sonadək bizə güvəndikləri üçün onlara minnətdaram. Matça gəldikdə isə düşünürəm ki, yaxşı oyun keçirdik. Bəzi epizodlar var idi ki, mənim üçün çox xoş idi. Futbolçular artıq nə etmək lazım olduğunu bilirlər. Matçın son dəqiqələri bizim üçün təzyiqli keçdi. Oyunçular axıra kimi dözə bilmədilər. Yeni futbolçuların ideal formada olmamağı başadüşüləndir. Buna baxmayaraq, uşaqlar vuruşdular, qol buraxmamaq üçün nələrsə etdilər. Əhsən! Qələbə resepti budur. Futbolçularım işlərinin öhdəsindən layiqincə gəldilər".