×

"Sumqayıt" FK 2-ci təsnifat mərhələsinin ilk oyununda "Fehervar"la qarşılaşıb

25 İyul 2024

UEFA Konfrans Liqası, 2-ci təsnifat mərhələsi (ilk oyun)

"Sumqayıt" - "Fehervar" 1:2

25 iyul 2024. Saat 20:00. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 9200 tamaşaçı
Baş hakim: 
Florian Lata (Albaniya)
Baş hakimin köməkçiləri: Xhulio Mani (Albaniya), Rejdi Zaimi (Albaniya)
Dördüncü hakim: Kreshnik Cjapi (Albaniya)
UEFA nümayəndəsi: Hayri Çavuşoğlu (Türkiyə)
Sarı vərəqələr: Murad Xaçayev, 8; 32 (qeyri-idman hərəkəti); Nikola Vuynoviç, 22 (qeyri-idman hərəkəti); Mehdi Cənnətov, 32 (hakimin qərarına etiraz); Rövlan Muradov, 67 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, 73 (qeyri-idman hərəkəti) // Nikola Serafimov, 15 (qeyri-idman hərəkəti); Milan Peto, 65 (qeyri-idman hərəkəti); Kasper Larsen, 68 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Murad Xaçayev, 32
Qollar: Səbuhi Abdullazadə, 20 // Tobias Kristensen, 39; Çaba Şpandler, 52
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Slavişa Radoviç (6. Vüqar Mustafayev, 63), 7. Rövlan Muradov, 8. Səbuhi Abdullazadə, 9. Nikola Vuynoviç (21. Nihad Əhmədzadə, 46), 10. Rəhim Sadıxov (30. Kamran Quliyev, 85), 11. Fernando Medeiros (60. Tresor Mossi, 85), 14. Elvin Bədəlov (k), 17. Murad Xaçayev, 19. Roi Kehat, 23. Jordan Rezabala.

 

Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 24. Sənan Muradlı, 41. Uğur Cahangirov.

Baş məşqçi: Samir Abasov

 

“Fehervar”: 22. Balaş Tots, 4. Çaba Şpandler, 7. Sabolts Şön, 8. Boqdan Melnik, 9. Neç Qradişar (19. Patrik Kovaç, 85), 14. Aron Çonqvay (k), 20. Tobias Kristensen, 27. Bentse Bedi (3. Kasper Larsen, 66), 31. Nikola Serafimov, 77. Matyas Katona (15. Matyas Kovaç, 57), 99. Milan Peto (74. Bentse Babos, 66).

 

Ehtiyat oyunçular: 11. Nikolas Stefanelli, 16. Mario Lukaş Simut, 18. Bentse Kovaç, 21. Andras Husti, 30. Gerqo Ominger.

Baş məşqçi: Tamaş Peto

 

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. "Sumqayıt" FK doğma meydanda Macarıstanın "Fehervar" kollektivi ilə qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması 31 iyul tarixində Bakı vaxtı ilə saat 21:00-da Macarıstanın Sekeşfehervar şəhərindəki "Sostoi Stadion"da keçiriləcək. Matç "İdman TV" telekanalı ilə canlı yayımlanacaq.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Oyunun başlanğıcında azlıqda qalmağımız bütün planlarımızı pozdu. Mərhələ iki oyundan ibarətdir. Cavab qarşılaşması bundan da çətin olacaq. Səhvlərimiz üzərində çalışıb futbolçuları növbəti oyuna kökləyəcəyik. Qırmızı vərəqə olmasaydı fərqli nəticə görə bilərdik. Oyunçuları inandırmalıyıq ki, səfərdə qələbə qazana bilərik".