×

"Sumqayıt" FK avrokuboklarda mübarizəni dayandırıb

1 Avqust 2024

UEFA Konfrans Liqası, 2-ci təsnifat mərhələsi (cavab oyunu)

"Fehervar" - "Sumqayıt" 0:0 (ilk oyun 2:1)

31 iyul 2024. Saat 21:00. Sóstói Stadion
Baş hakim: 
Kristofer Karlsson (İsveçrə)
Baş hakimin köməkçiləri: Mikael Hallin (İsveçrə), Markus Lundqren Klitte (İsveçrə)
Dördüncü hakim: Oskar Conson (İsveçrə)
UEFA nümayəndəsi: Lampirni Dimitrou (Yunanıstan)
Sarı vərəqələr: Bentse Bedi, 54 (qeyri-idman hərəkəti); Boqdan Melnik, 62 (qeyri idman hərəkəti),  // Slavişa Radoviç, 45+1 (qeyri-idman hərəkəti); Nikola Vuynoviç, 88 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Seymur Rəhimov, 90+1 (hakimin qərarına etiraz)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.

 

 

“Fehervar”: 22. Balaş Tots, 7. Sabolts Şön, 8. Boqdan Melnik, 11. Nikolas Stefanelli (99. Milan Peto,46), 14. Aron Çonqvay (k), 19. Patrik Kovaç (9. Neç Qradişar, 46), 20. Tobias Kristensen (30. Gerqo Ominger, 82), 21. Andras Husti (3. Kasper Larsen, 68), 27. Bentse Bedi, 31. Nikola Serafimov, 77. Matyas Katona (15. Matyas Kovaç, 58).

Ehtiyat oyunçular: 57. Martin Dala, 75. Daniel Veselinov, 16. Mario Lukaş Simut, 18. Bentse Kovaç, 74. Bentse Babos.
Baş məşqçi: Tamaş Peto

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Slavişa Radoviç, 6. Vüqar Mustafayev (60. Tresor Mossi, 90+2) , 7. Rövlan Muradov, 8. Səbuhi Abdullazadə, 9. Nikola Vuynoviç, 10. Rəhim Sadıxov, 11. Fernando Medeiros, 14. Elvin Bədəlov (k), 19. Roi Kehat, 23. Jordan Rezabala (41. Uğur Cahangirov, 90+2).

Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 30. Kamran Quliyev.
Baş məşqçi: Samir Abasov

 

 

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib. "Sumqayıt" FK Macarıstanın Sekeşfehervar şəhərində "Sóstói Stadion"da "Fehervar"ın qonağı olub. 90 dəqiqənin tamamında qapılara top vurulmayıb (0:0). Beləliklə, iki oyunun nəticəsinə əsasən komandamız rəqibinə 2:1 hesabı ilə məğlub olaraq, avrokuboklardakı mübarizəsini dayandırıb.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Futbolçularıma təşəkkür edirəm. Ağır oyundan çıxdıq. Böyük ümidlərlə gəlmişdik, baxmayaraq ki, bir sıra itkilərimiz var idi. İsa Sulimanın zədələnməsi, üstəlik ilk oyundakı hakim səhvləri… Çox şeyi dəyişib bu matça çıxmalı idik. Başqa variantla yanaşmalı olduğumuzu düşündük. Çox üzülürəm. Bu püşk atılandan öncə də futbolçularıma da rəqib fərqini qoymamışdım. Düşünürdük ki, azı bir mərhələ keçərik. Əfsuslar olsun, mənim hər dəfə başıma gələn eyni situasiya təkrarlanır… Futbolçularım nəyə gücləri çatdısa, etdi. Onlara təşəkkür edirəm ki, canlarını qoydular. Artıq çempionata köklənəcəyik".