×

"Sumqayıt" FK Sərtan Taşkınla müqavilə imzalayıb

7 Avqust 2024

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb. Komandamız son mövsümü Türkiyənin "Manisa" klubunda keçirmiş Sərtan Taşkınla 1+1 illik müqavilə imzalayıb. Milli komandamızın üzvü olan 26 yaşlı futbolçu "Sumqayıt" FK-nın heyətində 2 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, 2019/2020 mövsümündə də komandamızda çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurmağa müvəffəq olub.