×

"Sumqayıt" FK səfərdə "Turan Tovuz"la qarşılaşıb

11 Avqust 2024

Misli Premyer Liqası, 2-ci tur

"Turan Tovuz" - "Sumqayıt" 1:0

11 avqust 2024. Saat 18:45. Tovuz şəhər stadionu, 4900 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Rahil Ramazanov
Dördüncü hakim: Rəvan Həmzəzadə
VAR: Rəşad Əhmədov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Şəhriyar Əliyev, 13 (qeyri-idman hərəkəti); Kristian da Silva, 62 (hakimin qərarına etiraz); Denis Marandiçi, 63 (qeyri-idman hərəkəti); Veysəl Rzayev, 81 (qeyri-idman hərəkəti) // Fernando da Silva, 59 (qeyri-idman hərəkəti); Tresor Mossi, 75 (hakimin qərarına etiraz)
Qol: Xəyal Nəcəfov, 34
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 6 dəq.

 

 

“Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k) (33. Eltun Turabov, 74), 10. Xəyal Nəcəfov (44. Rüfət Əhmədov, 80), 8. Tural Bayramlı (77. Veysəl Rzayev, 74), 88. Faiq Hacıyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi (21. Aleks Souza, 80), 80. Otto Con (11. Ayxan Quseynov, 88).
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 7. İsmayıl Zülfüqarlı, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi.
Baş məşqçi: Kurban Berdiyev

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov (11. Fernando Medeiros, 46), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 3. Slavişa Radoviç, 9. Nikola Vuynoviç (41. Uğur Cahangirov, 78), 23. Cordan Rezabala, 60. Tresor Mossi.

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı.

Baş məşqçi: Samir Abasov

 

 

Misli Premyer Liqasında 2-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Turan Tovuz"un qonağı olub. Komandamız qarşılaşmada minimal hesabla məğlub olub (0:1). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Səbail"i qəbul edəcək. 17 avqust tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 20:30-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "İkinci hissədə qol vurmaq üçün çox əziyyət çəkdik. Əfsuslar olsun ki, oyun alınmadı. Buradan xalsız dönürük. Bəzi futbolçular yaxşı oyun keçirdilər. Oyunda yaxşı dinamika var idi. Futbolçuların basqıya reaksiya verməsi məni qane etdi. Onlara təşəkkür edirəm. Nəticəyə görə çox üzülürlər. Birinci hissədə bir-iki nəfərin zənciri qırması rəqibin üstünlüyünə çevrilirdi. Belə şeylər də olacaq. Bu da bir təcrübədir. İkinci hissədə oyun tam nəzarətimiz altında keçdi. Çempionat yeni başlayıb. Ümid edirik ki, hər şey yaxşı olacaq".