×

“Sumqayıt” FK Alan Diasla müavilə imzalayıb

15 Avqust 2024

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib. Komandamız braziliyalı futbolçu Alan Diasla 1+2 illik müqavilə imzalayıb. 25 yaşlı müdafiəçi komandamızda 5 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, “Sumqayıt” FK bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın və Silvanus Nimelinin keçidini reallaşdırıb.