×

"Sumqayıt" FK "Səbail" üzərində qələbə qazanıb

17 Avqust 2024

Misli Premyer Liqası, 3-cü tur

"Sumqayıt" - "Səbail" 2:1

17 avqust 2024. Saat 20:30. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1450 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Şirmamed Mamedov
Dördüncü hakim: Əli Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqələr: Rəhim Sadıxov, 34 (qeyri-idman hərəkəti); Slaviça Radoviç, 34 (qeyri-idman hərəkəti); Tresor Mossi, 55 (qeyri-idman hərəkəti)
Qollar:  Kamran Quliyev, 87; Roi Kehat, 90+2 // Suleyman Alluş, 89
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 4 dəq.

 

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k) (30. Kamran Quliyev, 77), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 3. Slavişa Radoviç (7. Rövlan Muradov, 46), 11. Fernando Da Silva (60. Tresor Mossi, 46), 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı

Baş məşqçi: Samir Abasov

 

“Səbail”: 1. Hüseynəli Quliyev, 77. Fərid Nəbiyev (83. Nihad Quliyev, 77), 15. Vüsal Məsimov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə (k) (18. Süleyman Əhmədov, 77), 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Queta (14. Suleyman Alluş, 58), 5. Gitay Sofir (17. Gülağa Əsədov, 81), 21. Ayman Bouali (19. Samir Abdullayev, 58).
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 16. Emin Rüstəmov

Baş məşqçi: Şahin Diniyev

 

 

Misli Premyer Liqasında 3-cü turun oyunları keçirilib. "Sumqayıt" FK doğma meydanda "Səbail"i qəbul edib. Samir Abasovun yetirmələri rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Sabah"ın qonağı olacaq. Avqustun 25-də "Bank Respublika Arena"da keçiriləcək qarşılaşmaya saat 18:15-də start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Oyunda gərgin mübarizə getdi. Rəqib istədiklərimizi etməyə imkan vermirdi. Futbolçularımı təbrik edirəm. Sona qədər inandılar. Bərabərlik qolunu buraxdıqdan sonra reaksiya verə bildik. Belə çətin qələbələr xeyrimizə olacaq".