×

"Sumqayıt" FK səfərdə "Sabah"la qarşılaşıb

26 Avqust 2024

Misli Premyer Liqası, 4-cü tur

"Sabah" - "Sumqayıt" 3:1

25 avqust 2024. Saat 18:15. “Bank Respublika Arena”, 1500 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: İvan Lepiniça, 59 (qeyri-idman hərəkəti); Sofian Çakla, oyundan sonra  (qeyri-idman hərəkəti) // Nikola Vuynoviç, 33 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 37 (texniki zona qaydalarını pozduğuna görə)
Qollar: Namik Ələskərov, 44; Pavol Safranko, 54; Cesse Sekidika, 77 // Fernando Da Silva, 13
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

 

“Sabah”: 1. Yusif İmanov, 10. Namik Ələskərov (9. Anatoli Nuriyev, 65), 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels (88. Xəyal Əliyev, 78), 44. Sofian Çakla, 18. Pavol Safranko (99. Neqoş Kupusoviç, 88), 70. Cesse Sekidika (17. Tellur Mütəllimov, 78), 3. Con İrasabal, 13. İvan Lepiniça (77. Şakir Seyidov, 88).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 21. İldar Alekperov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 40. İqor Noqeyra

Baş məşqçi: Krunoslav Renduliç

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov (24. Sənan Muradlı, 85), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə (60. Tresor Mossi, 78), 3. Slaviça Radoviç (2. Sertan Taşkın, 64), 11. Fernando Medeiros (30. Kamran Quliyev, 78), 9. Nikola Vuynoviç (41. Uğur Cahangirov, 85), 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 21. Nihad Əhmədzadə.
Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 4-cü turun oyunları keçirilib. "Sumqayıt" FK səfərdə "Sabah"la üz-üzə gəlib. Komandamız 1:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Araz-Naxçıvan"ı qəbul edəcək. 30 avqust tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Çempionatın əvvəlidir. Deməzdim ki, bu gün göstərdiyimiz oyuna görə futbolçulardan tam razıyam. Oyun haqda danışmaq istəmirəm. Artıq bu matç geridə qaldı. Növbəti görüş haqda düşünməliyik. “Araz-Naxçıvan”la evdəki oyun bundan da çətin olacaq. Avrokuboklarda uduzaraq iştirakını dayandıran ilk komanda biz olduq. Bunun altından çıxa bilməmişik. Futbolçularda onun üzüntüsü, məsuliyyəti var. Bu vaxta qədər top saxlayan komanda kimi seçilirdiksə, bu gün çox top itirdik. Futbolçulara da dedim ki, top itirməsək, öz oyunumuzu oynasaq qollar vura bilərik. Toplar itiririk. Bunu təkcə yeni gələnlərə şamil etmirəm. Futbolçu yorğunluq hiss edirsə, oyununa təsir edir. Onları başa düşməyə çalışırıq".