×

"Sumqayıt" FK "Araz-Naxçıvan"la qarşılaşıb

30 Avqust 2024

Misli Premyer Liqası, 5-ci tur

"Sumqayıt" - "Araz-Naxçıvan" 0:1

30 avqust 2024. Saat 20:00. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1500 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Kamran Bayramov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Rövlan Muradov, 59 (qeyri-idman hərəkəti); Cordan Rezabala, 90 (qeyri-idman hərəkəti) // Tərlan Əhmədli, 23 (hakimin qərarına etiraz); Bəxtiyar Həsənalızadə, 28 (hakimin qərarına etiraz); Nuno Rodriqes, 28 (hakimin qərarına etiraz); Vanderson Melo, 74 (qeyri-idman hərəkəti); Ülvü İsgəndərov, 90 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Vəfadar Quliyev (“Sumqayıt”) 50, (hakimin qərarına etiraz)
Qoll: Miço Kuzmanoviç, 56   
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın (60. Tresor Mossi, 76), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 11. Fernando Medeiros (99. Silvanus Nimeli, 58), 9. Nikola Vuynoviç (30. Kamran Quliyev, 58), 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 3. Slavişa Radoviç.
Baş məşqçi: Samir Abasov

 

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov (2. Slavik Alxasov, 23), 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç (7. Ülvü İsgəndərov, 85), 4. İqor Ribeyro, 97. Felipe Santos (10. Bernardo Dias, 75).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə,57. Elcan Məmmədov.

Məşqçi: Rasim Ramaldanov

 

Misli Premyer Liqasında 5-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Araz-Naxçıvan"ı qəbul edib. Komandamız minimal hesabla məğlub olub (0:1). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Şamaxı"nın qonağı olacaq. 14 sentyabr tarixində Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 16:30-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Oyun elə formada gedirdi ki, sanki ya heç-heçə olacaq, ya da qol vuran udacaq. Meydanda mübarizə var idi. Çalışdıq ki, geri düşəndən sonra oyunu ələ alaq. Ötən il də vəziyyətimiz bu cür idi. Yeni transferlər uyğunlaşma problemləri yaşayır. Yəqin, milli fasilə bizə kömək olacaq ki, daha yaxşı ola bilək. Qarşıdakı oyunlara baxacağıq".