×

“Sumqayıt” FK Miloş Miloviç ilə müqavilə imzalayıb

4 Sentyabr 2024

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib. Komandamız monteneqrolu futbolçu Miloş Miloviç ilə 1+1 illik müqavilə imzalayıb. 29 yaşlı müdafiəçi komandamızda 95 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, “Sumqayıt” FK bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli və Alan Diasın keçidini reallaşdırıb.