×

"Sumqayıt" FK "Qarabağ"la qarşılaşıb

6 Oktyabr 2024

Misli Premyer Liqası, 9-cu tur

"Sumqayıt" - "Qarabağ" 1:0

6 oktyabr 2024. Saat 20:00. M.H. Sumqayıt şəhər stadionu, 7000 tamaşaçı

Baş hakim: Elçin Məsiyev, Kamran Əliyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: Kamran Əliyev, Elçin Məsiyev

VAR: Tural Qurbanov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Azər Əsgərov

Sarı vərəqələr: Tresor Mossi, 31 (qeyri-idman hərəkəti); Murad Xaçayev, 88 (qeyri-idman hərəkəti); Cordan Rezabala, 90+4 (qeyri-idman hərəkəti) // Marko Yankoviç, 35 (qeyri-idman hərəkəti); Olavio Juninyo, 90+3 (qeyri-idman hərəkəti)

Qol: Elvin Cəfərquliyev, 74

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

QEYD: Baş hakim oyunun gedişində zədələndiyinə görə fasilədən sonra baş hakim funksiyasını 4-cü hakim yerinə yetirib.

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sərtan Taşkın (7. Rövlan Muradov, 57), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (30. Kamran Quliyev, 88), 99. Silvanus Nimeli (9. Nikola Vuynoviç, 57), 5. Alan Dias, 23. Cordan Rezabala, 60. Tresor Mossi (12. Giorgi Karaişvili, 79).

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 10. Rəhim Sadıxov, 20. Ayxan Süleymanlı, 11. Fernando Medeiros, 18. Kristian Velinovski.

Baş məşqçi: Samir Abasov

 

“Qarabağ”: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov (44. Elvin Cəfərquliyev, 73), 24. Aleksey İsayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı (7. Yassin Benzia, 61), 90. Nəriman Axundzadə (18. Olavio Juninyo, 73), 81. Kevin Medina, 8. Marko Yankoviç (10. Abdullah Zubir, 73), 21. Aleksey Kaşuk (15. Leandro Andrade, 61), 11. Emmanuel Addai.

Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 66. Patrik Andrade, 6. Julio Romao, 19. Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov

 

Misli Premyer Liqasında 9-cu turun oyunları keçirilib. "Sumqayıt" FK birinci dövrənin son matçında "Qarabağ"la üz-üzə gəlib. Komandamız minimal hesabla məğlub olub (0:1). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Turan Tovuz"u qəbul edəcək. Oktyabrın 20-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 20:00 start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): ""Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Bir xalla ayrılsaydıq, daha sevincli olardıq. Amma futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardıq, rəqibə epizod verməməyə çalışırdıq. Futbolçularım nələri varsa, meydanda qoydular. Bəxtin gətirməlidir ki, belə qol buraxmayasan. Rəqibin 100 faizli qol imkanları yadıma gəlmir. Bugünkü mübarizəyə görə futbolçularımdan razıyam. Digər matçlara hazırlaşacağıq".