"Sumqayıt" FK səfərdə "Zirə" ilə qarşılaşıb
Misli Premyer Liqası, 15-ci tur
"Zirə" - "Sumqayıt" 4:1
30 noyabr 2024. Saat 17:00. Zirə İdman Kompleksinin stadionu, 500 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami
Dördüncü hakim: Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elman Musayev
Sarı vərəqələr: Elçin Əlicanov, 28 (qeyri-idman hərəkəti) // Miloş Miloviç, 21 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, 44 (qeyri-idman hərəkəti); Rəhim Sadıxov, 51 (qeyri-idman hərəkəti); Kamran Quliyev, 62 (qeyri-idman hərəkəti); Vüqar Mustafayev, 86 (qeyri-idman hərəkəti)
Qollar: Davit Volkov, 9, 66, 76; Giorgi Papunaşvili, 55 // Nikola Vuynoviç, 37
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 2 dəq.
“Zirə”: 13. Aydın Bayramov, 8. İsmayıl İbrahimli (21. Hacıağa Hacılı, 79), 14. Elçin Əlicanov, 22. İldar Alekperov (29. Ceyhun Nuriyev, 56), 4. Ruan Renato (k), 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila (5. Stefan Aka, 79), 23. Rafael Utziq (6. Eldar Quliyev, 26), 17. Ayron Qomis (3. Ange Mutsinzi, 56), 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 16. Fuad Bayramov 15. Pyer Zebli 28. Abbas İbrahim 24. Yusuf Laval 18. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov (2. Sertan Taşkın, 70), 17. Murad Xaçayev, 30. Kamran Quliyev (21. Nihad Əhmədzadə, 83), 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı (41. Uğur Cahangirov, 61), 19. Roi Kehat (6. Vüqar Mustafayev, 83), 95. Miloş Miloviç, 9. Nikola Vuynoviç (77. Cəsurbek Cəloliddinov, 61).
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 36. Xəyal Fərzullayev 24. Sənan Muradlı 5. Alan Dias 18. Kristian Velinovski 60. Tresor Mossi.
Baş məşqçi: Vaqif Cavadov
Misli Premyer Liqasında 15-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Zirə" ilə qarşılaşıb. Görüş rəqib komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Neftçi"ni qəbul edəcək. Dekabrın 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.
Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "İki fərqli hissə gördük. “Zirə” çox yaxşı mübarizə apardı. Bilirdik ki, çətin oyun olacaq. Onlara hörmətlə yanaşırdıq. Amma bizə vurulan qollar bəlkə də çempionatı götürsək, hədiyyə olunan qollar idi. Bəziləri deyər ki, rəqib məcbur etdi. Amma fərdi səhvlərimiz bu qollara gətirib çıxardı. Komandanın oyunundan, əsasən də ilk hissədən tam razıyam. Yaxşı oyun oynadıq. Futboldur. Rəqib səhvlərimizdən istifadə etdi. Onları təbrik edirəm. Hər şey qaydasındadır. Futbolçularıma təşəkkür edirəm. Səhvlər olur, işləyəcəyik".