"Sumqayıt" FK "Şamaxı" üzərində qələbə qazanıb
Misli Premyer Liqası, 22-ci tur
"Sumqayıt" - "Şamaxı" 1:0
12 fevral 2023. Saat 17:30. “Kapital Bank Arena”, 1200 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Eyyub İbrahimov
Dördüncü hakim: Rövşən Rəcəbov
VAR: Kamal Umudlu
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Elvin Bədəlov, 48 (qeyri-idman hərəkəti); Aydın Bayramov, 90+2 (oyunun bərpasının ləngidilməsi) // Cəlal Hüseynov, 45 (qeyri-idman hərəkəti); Rəşad Əzizli, 90 (hakimin qərarına etiraz)
Qol: Karim Abubakar, 24
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
“Sumqayıt”: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 9. Karim Abubakar, 7. Terrens Tisdel (18. Süleyman Əhmədov, 90), 23. Kamran Aliev (37. Alya Ture, 81), 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra.
Baş məşqçi: Samir Abasov
“Şamaxı”: 1. Rəşad Əzizli (k), 9. Amil Yunanov (23. Rövşən Şahmuradov, 46), 27. İbrahim Aslanlı (79. Emil Qasımov, 86), 90. Əli Səmədov (22. Elçin Mustafayev, 46), 15. Emin Zamanov (29. Ramin Əhmədov, 79), 16. Fuad Bayramov, 70. Bahadur Həziyev (10. Elvin Məmmədov, 79), 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 2. Rauf Hüseynli, 21. Qurban Səfərov, 80. Zahid Mərdanov.
Baş məşqçi: Vüqar Əsgərli
Misli Premyer Liqasında 22-ci tura yekun vurulub. "Sumqayıt" FK bu tur "Kapital Bank Arena"da "Şamaxı"nı qəbul edib. Samir Abasovun yetirmələri rəqibi üzərində 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Qəbələ"nin qonağı olacaq. Fevralın 18-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 15:00-da start veriləcək.
Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Vacib olan üç xal idi ki, onu da qazandıq. Birinci hissədə pis oynamadıq, əks-hücumlara imkan vermədik. İkinci yarıda bunu qola çevirməliydik. Sonluğu gətirmək futbolçulardan asılıdı. Gecəmiz-gündümüz məşqlərdədir. Bu gün də ikinci yarıda əziyyət çəkdik. Çünki rəqib böyük üstünlüklə hücuma atılmışdı. Futbolçularımı təbrik edirəm".