"Sumqayıt" FK ilin son oyununda "Kəpəz"lə heç-heçə edib
Misli Premyer Liqası, 18-ci tur
"Kəpəz" - "Sumqayıt" 0:0
20 dekabr 2024. Saat 16:00. Tovuz şəhər stadionu, 150 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Rəhman İmami, Asiman Əzizli
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Sarı vərəqələr: Elvin Bədəlov, 34 (qeyri-idman hərəkəti); Mehdi Cənnətov, 90+1 (oyunun bərpasının ləngidilməsi)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Kəpəz”: 22. Məmməd Hüseynov, 7. Ehtiram Şahverdiyev (21. Camal Cəfərov, 88), 12. Turan Manafov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda (70. Nicat Suleymanov, 68), 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Kvalko (k), 3. Mahamadu Ba, 10. Karim Lkouça, 77. Viktor Braqa (99. Əli Səmədov, 60).
Ehtiyat oyunçular: 18. Elgün Bayramov 80. Tural Rzayev 20. Mahir Həsənov 17. Ümid Səmədov 15. Cavad Kərimov 19. Lassana Ndiaye.
Baş məşqçi: Azər Bağırov.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov (2. Sertan Taşkın, 81), 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 12. Giorgi Karaişvili (8. Səbuhi Abdullazadə, 57), 23. Cordan Rezabala, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 36. Xəyal Fərzullayev 6. Vüqar Mustafayev 41. Uğur Cahangirov 21. Nihad Əhmədzadə 66. Ruslan Əliyev 24. Sənan Muradlı 64. Kənan Feyziev 9. Nikola Vuynoviç 5. Alan Dias.
Baş məşqçi: Vaqif Cavadov
Misli Premyer Liqasında 18-ci tura start verilib. "Sumqayıt" FK ilin son oyununda səfərdə "Kəpəz"lə qarşılaşıb. 90 dəqiqənin yekununda qapılara qol vurulmayıb (0:0). Beləliklə, "Sumqayıt" FK ilk iki dövrəni 20 xal toplayaraq 6-cı pillədə başa vurub.
Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Maraqlı və gərgin oyunun şahidi olduq. Komandamdan çox razıyam. Oyunun əvvəlində futbolçularda özünəinam az idi. Amma buna baxmayaraq yaxşı hücumlarımız oldu. Futbol oynaya bilirik, komanda hücuma çıxmağı bacarır. Sadəcə son nöqtəni qoya bilmədik. Meydança amili, ilin son matçının olması da təsir edə bilər. Bu istəklə oynamaq məni sevindirir. İnanıram ki, bu istəklə, bu oyunla yaxşı işlər görə bilərik. Futbolçularıma təşəkkür edirəm".