×

"Sumqayıt" FK ilk iki dövrədə / STATİSTİKA

24 Dekabr 2024

Misli Premyer Liqasında 36 turluq marafonun yarısı artıq geridə qalıb. “Sumqayıt” FK ilk iki dövrədə 6 qələbə, 2 heç-heçə və 10 məğlubiyyət əldə edib. 18 oyuna 20 xal toplayan komandamız turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

 

İlk iki dövrədə baş məşqçilər – Samir Abasov (I dövrə) və Vaqif Cavadov (II dövrədən etibarən) ümumilikdə 25 futbolçunun xidmətindən yararlanıblar. Bu qarşılaşmaların hamısında iştirak edən futbolçular Mehdi Cənnətov və Murad Xaçayevdir. Qeyd edək ki, onlar 18 oyunun heç birində əvəzlənməyiblər. Elvin Bədəlov (17 oyun, 1530 dəqiqə) və Jordan Rezabala (17 oyun, 1263 dəqiqə) isə onlardan bir oyun az keçiriblər.

 

18 turda komandamız 15 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. Bu qolların müəllifləri Kamran Quliyev (3), Jordan Rezabala (3), Roi Kehat (2), Nikola Vuynoviç (2), Rövlan Muradov, Səbuhi Abdullazadə, Rəhim Sadıxov, Fernando Medeiros və Silvanus Nimeli olub.

 

İlk iki dövrədə komandamızın ev oyunlarını 21450 azarkeş stadiondan canlı izləyib. Cari mövsümdə ən çox azarkeşin qeydə alındığı ev oyunumuz isə 9-cu turda baş tutmuş “Sumqayıt” – “Qarabağ” qarşılaşması olub. Həmin matçda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda 7000 azarkeş olub. 

 

Mehdi Cənnətov – 18 oyun (1620 dəqiqə)

Murad Xaçayev – 18 (1620)

Elvin Bədəlov – 17 (1530)

Jordan Rezabala – 17 (1263)

Roi Kehat – 16 (1346)

Rövlan Muradov – 16 (1149)

Səbuhi Abdullazadə – 16 (1137)

Vüqar Mustafayev – 15 (928)

Kamran Quliyev – 15 (752)

Sərtan Taşkın – 14 (531)

Tresor Mossi – 13 (705)

Nikola Vuynoviç – 13 (703)

Giorgi Karaişvili – 9 (326)

Miloş Miloviç – 8 (676)

Silvanus Nimeli – 8 (532)

Ayxan Süleymanlı – 8 (462)

Uğur Cahangirov – 6 (92)

Fernando Medeiros – 5 (287)

Alan Dias – 5 (271)

Nihad Əhmədzadə – 5 (216)

Slavişa Radoviç – 4 (229)

Ruslan Əliyev – 2 (65)

Cəsurbek Cəloliddinov – 2 (38)

Sənan Muradlı – 2 (20)

Kristian Velinovski – 2 (15)

 

Vurulan qollar: Kamran Quliyev (3), Jordan Rezabala (3), Roi Kehat (2), Nikola Vuynoviç (2), Rövlan Muradov, Səbuhi Abdullazadə, Rəhim Sadıxov, Fernando Medeiros, Silvanus Nimeli.