×

Rəhim Sadıxovun "Turan Tovuz"a keçidi ilə bağlı razılıq əldə olunub

6 Yanvar 2025

"Sumqayıt" FK və "Turan Tovuz" PFK arasında futbolçumuz Rəhim Sadıxovun keçidi ilə bağlı əldə olunan anlaşmaya əsasən yarımmüdafiəçi karyerasını adıçəkilən klubda davam etdirəcək. Sadıxova komandamıza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!