Vaqif Cavadovla 2,5 illik müqavilə imzalanıb
9 Yanvar 2025
“Sumqayıt” Futbol Klubunda Müşahidə Şurasının növbəti iclası baş tutub. İclasda komandanın ötən ildə əldə etdiyi uğurlara toxunulub. Daha sonra isə hal-hazırda komandamızın müvəqqəti baş məşqçisi funksiyasını icra edən Vaqif Cavadovun işi qənaətbəxş hesab olunub və onunla daimi əsaslı müqavilə bağlanılması qərara alınıb. Cavadov qarşıdakı 2,5 il müddətində “Sumqayıt” FK-nın baş məşqçisi təyin olunub.