"Sumqayıt" FK "Səbail"lə qarşılaşıb
Misli Premyer Liqası, 19-cu tur
"Sumqayıt" - "Səbail" 0:2
18 yanvar 2025. Saat 18:30. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 600 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sarı vərəqələr: Giorgi Karaişvili, 44 (hakimin qərarına etiraz); Murad Xaçayev, 78 (qeyriidman hərəkəti) // İlkin Muradov, 7 (qeyri-idman hərəkəti); Süleyman Əhmədov, 83 (qeyriidman hərəkəti) Qol: Rüfət Abdullazadə, 48, 79.
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k) (8. Səbuhi Abdullazadə, 55), 14. Elvin Bədəlov, 2. Sərtan Taşkın (7. Rövlan Muradov, 71), 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 24. Sənan Muradlı (20. Ayxan Süleymanlı, 60), 19. Roi Kehat, 12. Giorgi Karaişvili, 5. Alan Dias, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 36. Xəyal Fərzullayev 21. Nihad Əhmədzadə 66. Ruslan Əliyev 75. Nadir Orucov 57. Hüseyn Fərəcli
Baş məşqçi: Vaqif Cavadov
“Səbail”: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov (83. Nihad Quliyev, 89), 77. Fərid Nəbiyev (99. İnnosent Nşuti, 70), 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə (k) (97. Oruc Məmmədov, 83), 8. Qorka Laruçça, 3. Dmitro Litvin, 4. Marko Nikoliç, 7. Madi Queta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 25. Nicat Məmmədzadə 22. Mirabdulla Abbasov 19. Samir Abdullayev 16. Emin Rüstəmov 88. Hacıəli Şirəliyev 10. David Qomis 5. Gitay Sofir.
Baş məşqçi: Cavid Hüseynov
Misli Premyer Liqasında 19-cu turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur "Səbail"lə qarşılaşıb. Komandamız rəqibinə 0:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Sabah"ın qonağı olacaq. Yanvarın 25-də "Bank Respublika Arena"da keçiriləcək qarşılaşmaya saat 18:30-da start veriləcək.
Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Rəqib komandada istək daha çox idi. Ona görə də qalib gəldilər. Biz öz şanslarımızdan istifadə edə bilmədik. Rəqib isə əlinə düşən şanslardan yaxşı istifadə edib qollar vurdu. Qış transfer pəncərəsi bitməyib deyə bəzi söz-söhbətlər futbolçulara təsir edir. Yenə də oyuna görə uşaqlara təşəkkür edirəm. Heç nə itirilməyib. Rəqibi təbrik edirəm. Növbəti matça hazırlaşacağıq".