×

"Sumqayıt" FK Momo Yansane ilə müqavilə imzalayıb

21 Yanvar 2025

Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK heyətini hücumçu ilə gücləndirib. Komandamız son olaraq Gürcüstanın "Torpedo" (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. Tərəfdaşlarımızdan olan "Sumqayıt Hospital"da tibbi yoxlanışdan uğurla keçən 27 yaşlı futbolçu "Sumqayıt" FK-nın heyətində "11" nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Momo Yansane karyerası boyunca "Torpedo" ilə yanaşı "Nijni Novqorod" (Rusiya), "Şerif" (Moldova), "Riyeka" (Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.