×

Samir Abasov “Sumqayıt” FK ilə baş məşqçi kimi 100-cü oyununu keçirib

13 Fevral 2023

Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Şamaxı” (1:0) qarşılaşması baş məşqçimiz Samir Abasov üçün əlamətdar olub. Belə ki, 45 yaşlı mütəxəssis komandamızın sükanı arxasında 100-cü oyununu keçirib.

 

2015-ci ilin oktyabrından 2018-ci ilin mayınadək üç mövsüm ərzində 85 çempionat görüşündə “Sumqayıt” FK-nı çalışdırıb. 2022-ci ilin sentyabrında komandaya qayıdan mütəxəssis cari çempionatın 15 qarşılaşmasında iş başında olub.

 

Abasovun rəhbərliyi altında keçirdiyi 100 oyunda “Sumqayıt” FK 33 qələbə qazanıb, 26 heç-heçə edib və 41 dəfə uduzub. Bu matçlardakı top fərqi 113-135-dir.