×

"Sumqayıt" FK səfərdə "Sabah"la heç-heçə edib

25 Yanvar 2025

Misli Premyer Liqası, 20-ci tur

"Sabah" - "Sumqayıt" 0:0

25 yanvar 2025. Saat 18:30 “Bank Respublika Arena”, 1001 tamaşaçı

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Rəhman İmami

Dördüncü hakim: Rəşad Əhmədov

VAR: Nicat İsmayıllı

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Sarı vərəqə: Casurbek Caloliddinov, 52 (qeyri-idman hərəkəti)

Qol: yoxdur

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 6 dəq.

 

“Sabah”: 1. Yusif İmanov, 2. Amin Seydiyev (k), 6. Abdulax Xaybulaev (9. Anatoli Nuriyev, 52), 88. Xəyal Əliyev (5. Rəhman Daşdəmirov, 73), 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Pavol Safranko (20. Coy Lens Mikels, 73), 40. İqor Noqeyra, 70. Cesse Sekidika (11. Kahim Parris, 78), 3. Con İrasabal, 12. Vinsent Til (99. Neqoş Kupusoviç, 46).

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 77. Şakir Seyidov 13. İvan Lepiniça.

Baş məşqçi: Vasili Berezutski

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k) (66. Ruslan Əliyev, 90), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov (20. Ayxan Süleymanlı, 82), 30. Kamran Quliyev (11. Momo Yansane, 57), 8. Səbuhi Abdullazadə, 75. Nadir Orucov, 19. Roi Kehat, 12. Giorgi Karaişvili (60. Tresor Mossi, 82), 5. Alan Dias, 77. Casurbek Caloliddinov.

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 36. Xəyal Fərzullayev 41. Uğur Cahangirov 29. Qabil Əlizadə 24. Sənan Muradlı 57. Hüseyn Fərəcli.

Baş məşqçi: Vaqif Cavadov

 

Misli Premyer Liqasında 20-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Sabah"la üz-üzə gəlib. 90 dəqiqənin tamamında qapılara qol vurulmayıb (0:0). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Araz-Naxçıvan"ı qəbul edəcək. Fevralın 1-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 18:30-da start veriləcək.

 

Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Mübarizəli oyun oldu. Komandama əzmkarlığa görə təşəkkür edirəm. Zədəli və xəstə oyunçularımız var. Komanda bu situasiyada belə bir rəqibə qarşı yaxşı futbol oynadı. Əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Amma 1 xala görə də futbolçulara alqış düşür. Növbəti oyunlarda da belə əzmkarlıq olsa, ancaq qələbəyə doğru gedəcəyik".