×

"Sumqayıt" FK Ronaldo Vaskez Junior ilə müqavilə imzalayıb

30 Yanvar 2025

2024/25 mövsümünün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb. Komandamız son olaraq Boliviyanın "Quabira" klubunda çıxış etmiş Dominikan Respublikası millisinin futbolçusu Ronaldo Vaskez Junior ilə 1,5 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi "Sumqayıt" FK-nın heyətində "23" nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Ronaldo Junior karyerası boyunca yetirməsi olduğu "Atletiko Pantoxa" (Dominikan Respublikası) ilə yanaşı "Hapoel" (Tel-Əviv, İsrail) və "Quabira" (Boliviya) klublarında da çıxış edib. O, 41 dəfə formasını geyindiyi vətəni Dominikan Respublikasının milli komandasında 6 qol vurmağa da müvəffəq olub.