Telman Salahovun 88 illiyi ilə əlaqədar mini-futbol turniri keçirilib
31 Yanvar 2025
Futbol veteranı, SSRİ idman ustası, əməkdar məşqçi, ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan, “Sumqayıt” FK-nın Müşahidə Şurasının üzvü, Sumqayıt futbolunun canlı əfsanəsi Telman Salahovun 88 illiyi ilə əlaqədar mini-futbol turniri keçirilib. 14 yaşadək futbolçulardan ibarət 8 komandanın iştirak etdiyi turnir “Sumqayıt” FK-nın təlim-məşq bazasında keçirilib və 3 gün müddətində davam edib. Turnirin qalibi adına “Sumqayıt Futbol Məktəbi”, ikinci və üçüncü yerə isə müvafiq olaraq “Məhəllə uşaqları” və “Polad” komandaları yiyələniblər. Turnirin bombardiri və ən yaxşı oyunçusuna xüsusi mükafatlar, qalib komandaya isə çempionluq kuboku təqdim olunub.