×

AFFA-nın Hakimlər Komitəsi tərəfindən komandamıza oyun qaydaları ilə bağlı seminar keçirilib

30 Yanvar 2025

AFFA-nın Hakimlər Komitəsinin üzvü, sabiq FIFA referisi Anar Salmanovun iştirakı ilə “Sumqayıt” FK-nın əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib. “Sumqayıt” FK-nın təlim-məşq bazasının iclas zalında baş tutan tədbirdə komandamızın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.