"Sumqayıt" FK "Araz-Naxçıvan"la heç-heçə edib
Misli Premyer Liqası, 21-ci tur
"Sumqayıt" - "Araz-Naxçıvan" 0:0
1 fevral 2025. Saat 18:30. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 900 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Eyyub İbrahimov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Sarı vərəqələr: Elvin Bədəlov, 47 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, 69 (qeyri-idman hərəkəti); Alan Dias, 90 (qeyri-idman hərəkəti) // Vanderson Melo, 53 (qeyri-idman hərəkəti); Sezar Meza Kolli, 69 (qeyri-idman hərəkəti); Ramon Maçado, 69 (qeyri-idman hərəkəti); İqor Ribeyro, 89 (oyunun bərpasının ləngidilməsi)
Qol: yoxdur
Qolla nəticələnməyən penalti: Rövlan Muradov, 10
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k) (2. Sertan Taşkın, 83), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı (24. Sənan Muradlı, 83), 19. Roi Kehat, 12. Giorgi Karaişvili (60. Tresor Mossi, 83), 11. Momo Yansane (21. Nihad Əhmədzadə, 90), 5. Alan Dias, 77. Casurbek Caloliddinov (30. Kamran Quliyev, 62).
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 41. Uğur Cahangirov, 29. Qabil Əlizadə, 66. Ruslan Əliyev, 75. Nadir Orucov, 95. Miloş Miloviç.
Baş məşqçi: Vaqif Cavadov.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov (7. Ülvi İsgəndərov, 87), 24. Mustafa Əhmədzadə (6. Vadim Abdullayev, 74), 16. Ramon Maçado, 21. Sezar Meza Kolli (23. Nuno Rodriqes, 46), 29. Vanderson Melo (10. Bernardo Dias, 74), 17. İssuf Paro, 4. İqor Ribeyro, 97. Felipe Santos (14. Miço Kuzmanoviç, 46).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 8. Karlos Jatoba.
Baş məşqçi: Elmar Baxşıyev.
Misli Premyer Liqasında 21-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Araz-Naxçıvan"ı qəbul edib. 90 dəqiqənin tamamında qapılara qol vurulmayıb (0:0). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Şamaxı"nın qonağı olacaq. Fevralın 9-da Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 14:30-da start veriləcək.
Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Maraqlı oyun alındı. Düşünürəm ki 1-ci hissə daha çox bizim üstünlüyümüzlə keçdi. Əfsuslar olsun ki penalti imkanını qola çevirə bilmədik. Amma belə rəqibə qarşı əldə olunan 1 xala görə komandama alqış düşür. Qələbə qazana bilmədiyimiz üçün üzülürük. Lakin göstərdiyimiz mübarizə ilə qələbə əzmimiz də artır. Növbəti oyunlara hazırlaşacağıq".