"Sumqayıt" FK-nın qızlar komandasına oyun qaydaları ilə bağlı seminar keçirilib
4 Fevral 2025
AFFA-nın Hakimlər Komitəsinin üzvü, sabiq FIFA referisi Orxan Məmmədovun iştirakı ilə “Sumqayıt” FK-nın qızlar komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib. “Sumqayıt” FK-nın təlim-məşq bazasının iclas zalında baş tutan tədbirdə komandamızın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.