×

"Sumqayıt" FK 1/4 finalın ilk matçında "Sabah"la heç-heçə edib

5 Fevral 2025

Azərbaycan Kuboku 1/4 final, ilk oyun

"Sabah" - "Sumqayıt" 0:0

5 fevral 2025. Saat 18:30. “Bank Respublika Arena”, 950 tamaşaçı

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli

Dördüncü hakim: Kamran Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Sarı vərəqələr: Xəyal Əliyev, 30 (qeyri-idman hərəkəti); Pavol Safranko, 90+4 (qeyriidman hərəkəti) // Mehdi Cənnətov, 90+4 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ruslan Qafitullin (“Sabah”), 62 (hakimin qərarına etiraz)

Qol: yoxdur

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

 

“Sabah”: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev (17. Tellur Mütəllimov, 68), 7. Boyan Letiç, 20. Coy Lens Mikels (11. Kahim Parris, 59), 44. Sofian Çakla (13. İvan Lepiniça, 82), 40. İqor Noqeyra, 70. Cesse Sekidika (12. Vinsent Till, 68), 99. Neqoş Kupusoviç (18. Pavol Safranko, 59).

Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 9. Anatoli Nuriyev, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 32. Elgün Dünyamalıyev, 33. Umarali Raxmonaliyev.

Baş məşqçi: Vasili Berezutski

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov (21. Nihad Əhmədzadə, 81), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə (12. Giorgi Karaişvili, 63), 20. Ayxan Süleymanlı (2. Sertan Taşkın, 69), 19. Roi Kehat, 11. Momo Yansane, 5. Alan Dias, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov (23. Ronaldo Vaskez, 81).

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 66. Ruslan Əliyev, 75. Nadir Orucov, 95. Miloş Miloviç.

Baş məşqçi: Vaqif Cavadov

 

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. "Sumqayıt" FK ilk oyunda səfərdə "Sabah"la qarşılaşıb. 90 dəqiqənin tamamında qapılara qol vurulmayıb (0:0). Qeyd edək ki, bu cütün taleyinə 27 fevralda aydınlıq gələcək. Bu tarixdə baş tutacaq cavab qarşılaşması Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:30-da start götürəcək.

 

Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu gün yaxşı oyuna şahidlik etdik. Hər iki tərəf dinamik futbol sərgilədi. Rəqib də biz də qalib gəlməyə çalışırdıq. Qol vura bilmədik, lakin qapımızı toxunulmaz saxlamağı bacardıq. Cütün taleyi növbəti oyuna qaldı. Komandama göstərdikləri oyuna görə təşəkkür edirəm. 4 gün sonra Premyer Liqa oyunumuz var. Hazırlıqlarımızı davam etdirəcəyik".