"Sumqayıt" FK səfərdə "Şamaxı" ilə qarşılaşıb
Misli Premyer Liqası, 22-ci tur
"Şamaxı" - "Sumqayıt" 1:0
9 fevral 2025. Saat 14:30. Şamaxı şəhər stadionu, 1000 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Şirmamed Mamedov
Dördüncü hakim: Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sarı vərəqələr: Belajdi Pusi, 40 (qeyri-idman hərəkəti); Cəlal Hüseynov, 84 (qeyri-idman hərəkəti)
Qol: Brahim Konate, 60
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k) (5. Arsen Ağcabəyov, 89), 6. Rauf Rüstəmli (18. Cəlal Hüseynov, 76), 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov (12. Maykl Tuik, 89), 32. Vasiliye Radenoviç, 93. Brahim Konate (14. Vüsal Məsimov, 86), 9. Belajdi Pusi, 3. Vladislav Veremeyev, 66. Vasiliye Bakiç, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 23. Murad Vəliyev, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 30. Andrey Tirkoveanu.
Baş məşqçi: Ayxan Abbasov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k) (2. Sertan Taşkın, 46), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı (23. Ronaldo Vaskez, 70), 19. Roi Kehat (12. Giorgi Karaişvili, 57), 11. Momo Yansane, 5. Alan Dias (95. Miloş Miloviç, 57), 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov (30. Kamran Quliyev, 70).
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 66. Ruslan Əliyev, 75. Nadir Orucov.
Baş məşqçi: Vaqif Cavadov
Misli Premyer Liqasında 22-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Şamaxı" ilə qarşılaşıb. Komandamız minimal hesabla məğlub olub (0:0). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Zirə"ni qəbul edəcək. Fevralın 15-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.
Vaqif Cavadov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Təəssüf ki məğlub olduq. Futbol elə bir oyundur ki əlinə düşən şansları dəyərləndirməlisən. İlk hissədə böyük üstünlük bizdə olsa da bundan lazımınca istifadə edə bilmədik. Oyunumuzdan göründüyü kimi, komandada hər şey qaydasındadır. "Şamaxı"nı qələbə münasibəti ilə təbrik edirəm. Qarşıda çox oyunlarımız var. Ümid edirəm ki növbəti oyunlarda hər şey yaxşı olacaq".